AzTextil.az

Haqqımızda

Biz Kimik?

“AzTextil Uniforma” MMC 2015-ci ildən tekstil sektorunda müştərilərinə fərdi yanaşma ilə üstün xidmət göstərərək müxtəlif xidmət və istehsal sahələri üçün uniformalar, promo geyimlər, fərdi sənaye sahələri üçün geyim növləri və s. geyimləri istehsal edir. Hazırladığımız məhsullarımızın keyfiyyətli, komfortlu, müştərilərimiz üçün rahat olması əsas öncəliyimizdir. 

Komandamız geyimlərin modelləşməsi, dizaynı, tikilməsi proseslərində ən müasir geyim trendlərini izləyir, beynəlxalq təcrübə və metodları tətbiq edir, istehsal prosesində yüksək texnaloji avadanlıqlardan istifadə edir.

Missiyamız

Daxili bazarı keyfiyyətli, zövqlü, rahat tekstil məhsulları ilə təmin etmək, daim müştəri məmnuniyyətinə nail olmaqdır.

Dəyərlərimiz

-Şəffaflıq

-Dürüstlük

-Əməkdaşlıq

-İnnovativlik

KADR SİYASƏTİ

“AzTextil Uniforma” MMC müasir dövrün tələblərinə cavab verən kadrların seçilməsini təmin edir və onların peşəkarlığının artırılması üçün hər cür şərait yaradır. Eyni zamanda Azərbaycan Respublikasının qanunlarının tələblərinə, işçilərin hüquq və vəzifələrini tənzimləyən norma və qaydalara ciddi əməl edilməsinə, xidməti və peşə borcunun yerinə yetirilməsinə, şirkətimizdə çalışan hər işçiyə etimad və hörmətlə yanaşılmasını özümüzə hədəf seçmişik.

Hər bir işçidən vəzifəsini lazımi qaydada icra etməyi tələb etdiyimiz kimi, onların hüquqlarının da müdafiəsini özümüzə borc bilirik.

Şirkətdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi  norma və standartlarına ciddi surətdə əməl edilir.

İşə götürülən hər bir işçi təlimatlandırılır, müvafiq təlimlərdə iştirak etdikdən və zəruri Fərdi Mühafizə Vasitələri ilə təmin edildikdən  sonra  işə başlayır.

Biz əminik ki, yalnız peşəkar komanda və davamlı inkişaf şirkətimizə bazardakı gərgin rəqabət prosesində uğur qazanmağa kömək edə bilər.

Bizimlə Əlaqə

Satış nümayəndəsi ilə əlaqə saxlamaq üçün aşağıdakı nömrəyə zəng edə bilərsiniz. Suallarınıza cavab verməkdən məmnun olardıq!

Bakı şəhəri xəzər rayonu Qala qəsəbəsi
Bizim ünvan

Bakı şəhər Xəzər rayonu Qala qəsəbəsi

+99455 444 01 23
+99451 229 84 18

Bizim ünvan

Bakı şəhər Xəzər rayonu Qala qəsəbəsi

+99455 444 01 23
+99451 229 84 18